XİN Holokost qurbanlarını yad etdi
27 Yanvar 2023 11:37 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə bu barədə nazirliyin "Twitter" səhifəsində qeyd edilib.
"Bu gün biz bəşər tarixinin ən üsyankar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq. Biz dini və etnik nifrət, soyqırımı və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik" - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31