Misirdə "54-cü Qahirə Beynəlxalq Kitab Sərgisi" keçirilib - FOTO

Cari ilin 26 yanvar tarixində Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlamışdır.

Cari ilin 5 fevral tarixinədək davam edəcək Sərginin açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli iştirak etmiş, sərginin işinə və iştirakçılara uğurlar arzulamışdır.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, nümayiş etdirilən kitab və jurnallar təqdim edilmişdir.     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31