"Azərbaycan sülh gündəliyini irəli aparmağa çalışacaq" - ÖZƏL

"Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində 2023-cü il hədəfləri ilə bağlı danışarkən bir çox istiqamətləri qeyd etdi. Onları qeyd etməklə yanaşı əsas prioritetlərin olduğunu bildirdi". 
Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

"Əlbəttə, ən vacibi Ermənistanla münasibətlərin normallaşma prosesi, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində aparılan işlər, sülh müqaviləsinin imzalanması, Azərbaycan ordusunun gücləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsidir. Prezident Ermənistanla münasibətlərdə 2023-cü ilin həlledici və son müddət olduğunu bildirdi. Bundan sonra gözləmək üçün vaxt qalmayacağını açıq şəkildə bəyan etdi. Sülh imzalanarsa, hər iki ölkə üçün təhlükəsiz mühit yaranacaq. Bu, Azərbaycan dövlətinin istəyidir. Ermənistan bu prosesə yanaşmır. Sülhü əngəlləmək prosesə ciddi şəkildə zərər vurur. Buna əngəl olanlar Ermənistanın dəstəkçisi olan dövlətlər qrupudur. Azərbaycan isə sülh gündəliyini irəli aparmağa çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31