Erkin Qədirli deputat fəaliyyətinin üzərindən xətt çəkdi - ÖZƏL
26 Yanvar 2023 14:39 SiyasətDeputat Erkin Qədirlinin deputat seçkiləri barədə verdiyi açıqlama ictimai rəydə birmənalı qarşılamnayıb. Milli Məclisin İntizam komissiyasının sədri Fəzail Ağamalı bildirib ki, rəhbərlik etdiyi komissiyada sözügedən deputatın məsələsinə bağxıla bilər. Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, millət vəkilinin verdiyi açıqlama "Milli Məclisi deputatının statusu haqqında" qanunla ziddiyyət təşkil edir. Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarında təsbit edilmiş deputatın səlahiyyətlərinin maneəsiz həyata keçirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminat verilir: "Deputat da öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsini və Azərbaycan Respublikasının başqa qanunlarını rəhbər tutmalıdır. Maraqlıdır, belə bir düşüncə sahibi olan deputat qanunvericilikdə nəzərdə tutlan deputat fəaliyyəti ilə necə məşğul olub? Axı 3 ildir ki, Erkin Qədirli deputat mandatı daşımaqla Milli Məclisin iclaslarında iştirak edir, Parlamentin komitə və komissiyalarının işində iştirak edir, Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir. Belə halda demokratik qaydada deputat seçilmədiyini etiraf edən şəxs seçiciləri ilə necə iş apara bilər, onların problemlərinin həlli məqsədilə necə deputat sorğuları verə bilər? Lakin, məsələ orasındadır ki, heç şübhəsiz Erkin Qədirli qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək çoxsaylı təkliflərlə çıxış edib. Deputat toxunulmazlığından, təhlükəsizliyinin təmin olunmasından yararlanaraq ictimaiyyət üçün açıq olmayan məlumatları əldə etmək üçün deputat sorğusu verib. Əslində isə, sadalanan səlahiyyətlərə sahiblənən deputat seçkilərin demokratik keçirilməsinə şübhə ilə yanaşmaqla bütün fəaliyyətinin üzərindən xətt çəkmiş olur".