Yarmarkalarda kəndlidən söhbət gedə bilməz - Deputat

"Bildiyimiz kimi, müxtəlif yerlərdə kənd təsərrüfatı yarmarkaları fəaliyyət göstərir. Mən özüm də bir neçə dəfə orada olmuşam". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev deyib. Deputat yarmarkarlarda problemlərin olduğunu söyləyib: "Amma orada problemlər var. Bildirim ki, həmin yarmarkalarda kəndlidən söhbət gedə bilməz. Yarmarkalarda vasitəçilər var və onlar da qiymətlərə təsir edir. Buna görə də nazirlik buna nəzarət etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31