Bələdiyyələrin büdcə vəsaitinin azlığı onların normal fəaliyyətinə maneə olur - ÖZƏL

"Bələdiyyələrin fəaliyyətinin arzuolunan səviyyəyə çatmamasında onların büdcə vəsaitlərinin azlığı da əsas rol oynayır". "Olaylar" xəbər verir ki, bunu deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, Avropada, qardaş Türkiyədə bələdiyyələr böyük proqramlar icra edir: "Nəzarətlərində olan bölgənin demək olar bütün sosial problemlərini həll edə bilirlər. Bu, həmin bələdiyyələrin malik olduqları vəsaitlər hesabına mümkün olur. Bizdə də bələdiyyələrin normal fəaliyyəti üçün zəmin yaradılmalı və bələdiyyələrin vətəndaş cəmiyyətinin inkişafına əsaslı töhfə verməsi təmin edilməlidir. Əgər bələdiyyələr onlara tanınan imkanlardan doğru istifadə etməsələr, o zaman onlara irad bildirmək doğru olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31