İran İslam dövləti yox İslama düşmən bir dövlət olduğunu nümayiş etdirir - ÖZƏL

"İran birmənalı şəkildə hər zaman Ermənistan üçün nəfəslik rolu oynayıb. Müharibədən sonra da ermənilərin köməyinə  çatan  ilk ölkə məhz İran oldu. Fars rejimi Azərbaycana qarşı Ermənistanı silahlandırmaqla da məşğuldur".
Bu fikirləri "OLAYLAR" AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bir müddət öncə, SEPAH-ın Ermənistana Almas və Dehlaviye adlı anti-tank raketlərini hədiyyə verdiyinin şahidi olduq:
"İndi isə hər iki ölkə PUA istehsalı ilə bağlı danışıqlar aparır. İranın İsfahan şəhərində yerləşən "HESA" konserni Ermənistanın Spitak şəhərində pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı kiçik bir zavod açmaq üçün çalışır. Fars rejimi bu kimi addımlarla  Ermənistanı mümkün təxribatlara təhrik edir. İran bu kimi əməllərlə bir İslam dövləti yox İslama düşmən bir dövlət olduğunu nümayiş etdirir". 
AVP rəsmisinin sözlərinə görə, işğal dönəmində ermənilərin dinimizi, məscidlərimizi təhqir etməsinə heç bir münasibət bildirməyən İranın, İslam dinindən, müsəlman həmrəyliyindən danışması absurddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31