Əhalinin tibbi xidmətlərə əlçatanlığı genişləndirilir - ÖZƏL

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisin Səhiyyə komitəsindən "Olaylar"a bildirilib ki, sənəddə müştərək maliyyələşməyə dair dəyişiklik təklif olunur. Təklifə əsasən, əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi, habelə sistemin formalaşdırılması məqsədilə adı çəkilən qanunun müvafiq maddələrinin tətbiqinin 2024-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulub. Dəyişiklik icbari tibbi sığortanın inkişafına, əhaliyə daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31