36 qanunda dəyişiklik ediləcək - ÖZƏL
26 Yanvar 2023 12:41 Siyasət"Media haqqında" Qanununun icrası ilə əlaqədar 36 qanunda uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulub. Bu barədə Milli Məclisin Səhiyyə komitəsindən "Olaylar"a məlumat verilib. Bildirilib ki, sözügedən dəyişikliklər əsasən texniki xarakter daşıyır. Belə ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Müflisləşmə və iflas haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında", "Mülki müdafiə haqqında", "Qrant haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, "Dini ekstremizmə qarşı mübarizə haqqında", "Lisenziyalar və icazələr haqqında", "Hərbi vəziyyət haqqında", "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Məşğulluq haqqında", "Hesablama Palatası haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında", "Psixoloji yardım haqqında", "Enerji resurslarının səmərəli istifadə və enerji effektivliyi haqqında" və "Turizm haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, "İpoteka haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Dərman vasitələri haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Dövlət borcu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Vətəndaşların müraciətləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd mühafizə orqanları haqqında", "Daxili qoşunların statusu haqqında", "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", "Haqsız rəqabət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" və "Xüsusi iqtisadi zonalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrində "kütləvi informasiya vasitələri" sözlərinin "media" sözü, "teleradio" sözünün "televiziya və radio" sözləri ilə əvəz edilməsi təklif olunur.