Ned Praysın sözləri hayların qulağına sığal çəkmək üçündür - ÖZƏL
26 Yanvar 2023 11:14 Siyasət"ABŞ Dövlət Departamentnin sözçüsü bu gün ölkəsinin Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlardan yana olması açıqlamasının hədəflərindən biri də fikrimcə, Fransadır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, məhz Fransa Avropa Birliyinin xətti ilə keçirilən görüşlərə soxularaq o platformada əldə edilən müsbət meyilləri aradan qaldırdı, danışıqların dayanmasına səbəb oldu: "İstisna etmirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevə ABŞ-ın dövlət katibi Entoni Blinkenin zəngi zamanı məhz Fransanın pozucu hərəkətlərinə də toxunulub ki, ardınca Ned Prays belə fikirlər səsləndirir. ABŞ Dövlət Departamentnin sözçüsünün Laçın yoluyla bağlı həqiqəti əks etdirməyən sözləri isə hayların qulağına sığal çəkmək və mümkün qədər onları Rusiya əleyhinə kökləmək üçündür".