Erkin Qədirlinin açıqlamasını qınayıram - ÖZƏL

"Həmkarım Erkin Qədirlinin açıqlamasını qətiyyən qəbul etmirəm və onu şiddətlə qınayıram. Bunu dövlətə, onun qanunverici orqanına, idarəetmə sistemi ilə yanaşı, özümə qarşı hörmətsizlik hesab edrəm". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib. Millət vəkili bildirib ki, Erkin Qədirlinin məlum açıqlaması eyni zamanda, milyonlarla seçicinin seçiminə qarşı olan hörmətsizlikdir:
"Bu həm də ölkədə demokratiyanı, demokratik şəkildə keçirilən seçkiləri şübhə altına almaq deməkdir. Bu fikri qətiyyətlə rədd edirəm və şiddətli şəkildə qınayıram".
Qeyd edək ki, deputat Erkin Qədirli ötən gün verdiyi açıqlamada özünün də təmsil olunduğu parlamentin demokratik şəraitdə formalaşmasını şübbə altına alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31