Yəqin ki, günün sonuna Erkin bəy mandatdan imtina edəcək - ÖZƏL
26 Yanvar 2023 10:29 Siyasət"Erkin Qədirli şəxsən hörmət etdiyim deputat və siyasi fəallardandır. Mövqeyimiz fərqli ola bilər, amma adamın haqqını da dana bilmərik. Lakin onun çıxıb deməsi ki, hətta özümün də doğru-dürüst seçilməyimi təsdiqləyə bilmərəm, üzrlü sayın, ən azından etik deyil. Ona görə yox ki, düz demir. Mümkündür ki, düz deyir. Amma özünün belə seçildiyinə əmin olmadığı parlamentdə oturmağı, əlbəttə, etik sayıla bilməz. O baxımdan şəxsən mən olsaydım ya bu sözü deməzdim, ya da deyib mandatımı təhvil verərdim". "Olaylar" xəbər verir ki, bunu deyın media üzrə ekspert Azər Həsrət bildirib ki, Erkinin bu fikrini ilk dəfə ermənilərdən eşitdim və sonra sosial mediada müzakirələrini gördüm: "Bunu paylaşan Ermənistanın keçmiş deputatı deyir ki, "Azərbaycan öz vətəndaşlarının hüquqlarını təmin etməkdən uzaqdır". Yəni adamların əlinə belə iddia ilə çıxış etməyə imkan verib bu Erkin bəy. Ona görə də həmişə deyirik ki, özəlliklə də siyasət adamları işlətdikləri ifadələri zərrəbinlə seçməlidir. Mehman Hüseynova isə təşəkkür düşür. Çünki belə adamları və belə halları aşkara çıxarır. Ona daha geniş meydan vermək lazımdır məncə... Yəqin ki, günün sonuna Erkin bəy mandatdan imtina edəcək. Etməsə, artıq ona Erkin Qədirli demək bir az çətin olacaq. Çünki bu adamın xarakteri belə tələb edir".