Gün ərzində Laçın yolundan 61 avtomobil keçib - FOTO + VİDEO (ƏLAVƏ OLUNUB)
25 Yanvar 2023 19:24 SiyasətQarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı azərbaycanlı ekoloqların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası bu gün də davam edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, aksiyaya baxmayaraq ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur. Bu saata qədər Rusiya sülhməramlılarına məxsus 61 avtomobilin yoldan keçidi üçün şərait yaradılıb.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 45 gündür davam edir.












