Azərbaycan Dünya İqtisadi Forumunda mütəmadi olaraq iştirak edən ölkələrdən biri kimi tanınır - ÖZƏL
25 Yanvar 2023 15:51 Siyasət"Azərbaycan artıq Dünya İqtisadi Forumunda mütəmadi olaraq iştirak edən ölkələrdən biri kimi tanınır". "OLAYLAR" xəbər verir ki, bunu YAP üzvü Arzu Əliyeva səsləndirib. O bildirib ki, Davos Forumunda Azərbaycanın təcrübəsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla təqdim olunub: "Azərbaycan Davos Forumunu ona görə seçib ki, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətləri orada öz tərəfdaşları ilə birlikdə müzakirə predmetinə çevirsin. Bu nailiyyətləri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan ölkələrə çatdırsın. Biz görürük ki, əvvəllər - təxminən 15 il bundan qabaq Azərbaycan Davos Forumunda ilk addımlarını atırdı. Forumun panellərində müzakirələr əsasən neft-qaz sektoru üzərində fokslaşırdısa, artıq Azərbaycanla olan təmaslar ölkəmizin qeyri-neft, nəqliyyat sektoru və digər dövlətlərlə neft gəlirlərinin şaxələndirilmiş iqtisadiyyatın başqa sahələrinə investisiya maraqları üzərində qurulub. Ən böyük əhəmiyyət bunun dünya ictimaiyyətinə və iqtisadiyyatı neftdən asılı olan ölkələrin Azərbaycan təcrübəsindən yararlanması aspektində çatdırılmasıdır".