Prezident elmi intibahın təmin edilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib - ÖZƏL

"Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə, təhsilə davamlı qayğı siyasətinin əsasını qoymaqla yanaşı, bu kursu özündən sonra layiqincə davam etdirəcək varis də yetişdirmişdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır:

"Dövlət başçısı ötən 19 ildə respublikada elmi intibahın təmin edilməsini, bu sahədə problemlərin həllini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31