Ermənilərin müharibə cinayətlərinə dair xüsusi dinləmə keçiriləcək

Milli Məclisdə Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək."Olaylar" xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının iş planında əksini tapıb. Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31