Dövlət Departamenti qərəzli mövqe nümayiş etdirir - ÖZƏL
25 Yanvar 2023 14:17 Siyasət"Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Praysin Xankəndi-Laçın yolunun bağlı olması və guya ermənilərin bu səbəbdən blokadada qaldığı barədə fikirləri kökündən yalnışdır və qərəzli yanaşmadır". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analtik Qrup hesab edir ki, Dövlət Departamentinin sözçüsünün Xankəndi-Laçın yolunda baş verənlərdən ümumiyyətlə xəbəri yoxdur və o da erməni lobbisinin ona verdiyi yalan məlumatlar əsasında həm Amerika cəmiyyəti, həm də dünya ictimaiyyətini aldatmaqla məşğuldur: "Əgər Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Praysin ərazidə, ümumən regionda baş verənlər barədə məlumatı olsaydı, o zaman bilərdi ki, Xankəndi-Laçın yolu bağlı deyil və hər gün onlarla mülki avtomobil, eləcə də Beynəlxalq Qırmızı Xaç, Rusiya sülhməramlılarının təminat avtomobilləri maneəsiz şəkildə ərazidən keçid edir. Aksiyanın başladığı tarixdən bu günə qədər 1000-ə qədər avtomobil keçidi baş tutub. Ona görə də yaxşı olar ki, yalan danışıb dünya ictimaiyyətində yalnış fikir formalaşdırmasınlar".