“Biz Azərbaycan və Ermənistan arasında birbaşa dialoq aparılmasının tərəfdarıyıq” - ABŞ rəsmisi
25 Yanvar 2023 13:19 Siyasət"Biz Azərbaycan və Ermənistan arasında birbaşa dialoq aparılmasının tərəfdarıyıq. Artıq uzun illərdir Azərbaycan və Ermənistan arasındakı məsələlərin həllinə aparan yol birbaşa dialoqdan keçir və ümid edirik ki, bu dialoq vasitəsilə davamlı sülhə nail olunacaq".
Olaylar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanla birbaşa müzakirələr aparmağa davam edir:
"Biz bunu öz tərəfdaşlarımızla bərabər, çoxtərəfli institutlar vasitəsilə edirik. Biz ötən il bir neçə dəfə üçtərəfli qaydada müzakirələr apardıq. Biz bu problemli məsələlərin həlli üçün ən effektiv olan nədirsə, onu edəcəyik. ABŞ davamlı sülhə dəstəyinə sadiqdir".
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31