Azərbaycan belə bir missiyanı qəbul etmir - ÖZƏL

"Avropa Birliyinin Ermənistana göndərdiyi missiya ilk növbədə Brüsselin vasitəçilik missiyasına ziddir". Bunu "Olaylar"a deyən  Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bu, həm də Avropa Birliyinin Ermənistanda siyasi mövqeyini gücləndirməkdi: "Burada Rusiyanın geosiyasi mövqeyini zəiflətməkdən ibarətdir. Təbii ki, Azərbaycan belə bir missiyanı qəbul etmir. Çünki, sülhə xidmət etmir və Ermənistan bununla sülh müqaviləsinin bağlanmasından yayınır. Hesab edirəm ki, bununla bağlı rəsmi Bakı Brüsselə etiraz etməlidir. Çünki, Brüssel formatı var. Belə olan təqdirdə Brüsselin vasitəçiliyinə kölgə salır. Avropa Birliyi bununla Ermənistanı Azərbaycandan da qoruyur. Amma, bu Azərbaycanı öz missiyasından geri çəkə bilməyəcək. Ermənistanin Avropa İttifaqı ilə əlaqələri heç də yüksək səviyyədə olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31