Avropa İttifaqı əldə olunan kövrək razılaşmaları da neytrallaşdırır - ÖZƏL

"Birmənalı şəkildə qeyd etmək olar ki, Avropa İttifaqının Azərbaycanla razılaşmadan Ermənistana hansısa bir müşahidə missiyasını göndərməsi konkret olaraq bu qurumun Cənubi Qafqazda artlq itirilmiş mövqelərini qoruyub saxlamaq istəyindən irəli gəlir". Bunu "Olaylar"a deyən politoloq Sahil İsgəndərovun sözlərinə görə, bir məsələni nəzərdən qaçırmaq olmaz ki, Avropa İttifaqı bu kimi məsələlərdə müstəqil deyil, məhz Vaşinqtonla birgə ittifaq şəklində çıxış edir: "Bildiyimiz kimi istər Amerika Birləşmiş Ştatları, isətsə də Avropa konkret olaraq son vaxtlar Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsində Rusiyanın güclənmiş mövqeyindən çox narahatdır. Buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Moskva platformasına alternativ olaraq dərhal Vaşinqton plaforması yaradıldı. Burada daha çox Ermənistana təsir imkanlarından istifadə etdi. Bunun  arxasınca Avropa İttifaqı Bürüssel platformasını ərsəyə gətirdi. Əslində isə Brüssel platforması hansısa formada Fransanın mövqeyini gücləndirmək və ATƏT-in Minsk qrupu həmsədrlərinin başqa bir formatında yaradılmasını nəzərdə tuturdu. Belə bir şəraitdə Avropa İttifaqının Ermənistana iki illik müddətində missiya göndərməsi əldə olunan kövrək razılaşmaları da neytrallaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31