Avropa Parlamentinin məlum yanaşması separatçılığı, qanunsuzluğu təşviq edir - ÖZƏL
24 Yanvar 2023 10:57 Siyasət"Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu qərbdə, xüsusilə Avropada olan bəzi qüvvələrin və dairələrin ciddi narahatlığına səbəb olur. Son dövrlər isə qoca Qitədə ölkəmizə qarşı müxtəlif siyasi təzyiqlərin və qərəzli yanaşmaların artdığını müşahidə edirik".
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, baş verən bütün proseslərin ardında isə birmənalı şəkildə erməni lobbisi, onların əsiri olan dövlətlər və siyasilər dayanır: "Məhz Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamənin məzmunun da, həmin qüvvələrin sifarişi ilə hazırlandığı aydın məsələdir".
AVP rəsmisi təəssüf hissi ilə qeyd edib ki, Avropa Parlamentinin məlum yanaşması erməni cəmiyyətində separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir və regionda sülhün, dayanıqlı inkişafın təmin olunmasına mane olur.