Ermənistan artıq elə bir vəziyyətdədir ki, regionda onu xilas edəcək real qüvvə yoxdur - ÖZƏL

"Avropa İttifaqının Ermənistana ikinci missiya göndərməsi regionda vəziyyəti daha yaxından nəzarətə götürməyə xidmət edir. Avropa İttifaqı yaxşı anlayır ki, Ermənistan bu gedişatla, yəni öhdəlikləri yerinə yetirməməklə yeni hərbi qarışdırmanın baş verməsini yaxınlaşdırır". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, Ermənistan artıq elə bir vəziyyətdədir ki, regionda onu xilas edəcək real qüvvə yoxdur: "Əgər Azərbaycanla yenidən müharibə alovlanarsa Rusiya onu müdafiə etməyəcək, çünki Paşinyan artıq Rusiya ilə mövcud olan qırmızı xətti keçib. İranın da müdaxiləsi real deyil, 44 günlük müharibə bunu sübut etdi. Ona görə Paşinyanın umid etdiyi yeganə qüvvə Avropa İttifaqıdır və düşünür ki, Aİ missiyasını Ermənistana yerləşdirməklə baş verə biləcək eskalasiyanın qarşısını almış olacaq və bununla prosesi uzadaraq öhdəliklərdən yayınmağa çalışır". 

Vüqar Əhmədovun qənaətincə, Paşinyanın planı ondan ibarətdir ki, regionda hazırkı konfiqurasiya dəyişsin və buna əsaslanaraq Ermənistanın imzaladığı 10 noyabr üçtərəfli bəyannaməni icra etməsin: "Ən maraqlısı odur ki, 44 günlük müharibə və bu müharibədən sonra Aİ, Qərb regionda görsənmirdi və canfəşanlıq göstərmirdi. Sanki region indi onların yadına düşüb və başlayıblar qətnamə qəbul etməyə və missiya göndərməyə. Çünki müəyyən şeylərə ümid bəsləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31