Avropalı siyasilərin Azərbaycana qarşı ikili standartlardan çıxış etməsinin kökündə nə dayanır - ÖZƏL
24 Yanvar 2023 10:20 Siyasət"Avropalı siyasilərin Azərbaycana qarşı ikili standartlardan çıxış etməsinin kökündə bir sıra mühüm nüanslar dayanır. Qərbin anti-Azərbaycan siyasətini aydınlaşdırmaq üçün ölkəmizin atdığı addımlara və xarici siyasətinə baxmaq kifayətdir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycan gələcək illərdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq: "Bununla yanaşı qlobal miqyaslı Orta Dəhliz layihəsi ilə ölkəmiz Avropa və Asiyanı birləşdirən körpü rolunu oynayacaq və bu amil dəyişən dünya nizamında ölkəmizin mövqeyini gücləndirəcək. Həmçinin Azərbaycan yeni bir gücün, blokun formalaşmasında mühüm rol oynayır. Həmin güc Türk Dövlətləri Təşkilatıdır və bu təşkilatın varlığı bir çox qüvvələri ciddi narahat edir. Hadisələrin bizim lehimizə inkişaf etdiyini anlayan qüvvələr, ən əsası Fransa, ölkəmizə qarşı mümkün vasitələrdən istifadə etməklə təzyiq göstərmək istəyir. Bunun üçün heç bir tarixi olmayan, türk dövlətləri arasında əlaqələri kəsmək üçün qurulmuş proje dövləti olan Ermənistandan istifadə olunur".