Avropa İttifaqının missiyasının Azərbaycan üçün heç bir təhlükəsi yoxdur - ÖZƏL

"Avropa İttifaqının qərarı ilə onun Gürcüstandakı missiyasının iki yüz nəfərlik qrupunun Azərbaycan sərhəddinə göndərilməsi məsələsi uzun zaman gündəmdə idi və bunun olacağı öncədən məlum idi. Çexiya sammitində Azərbaycanın da razılığı ilə ancaq Ermənistan sərhəddinə iki aylığa gələn missiyanı bu dəfə Azərbaycandan razılıq almadan göndərməyə qərar verdilər, özü də iki illiyə".

Bu fikirləri BAXCP-nin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bu missiya sərhəddə hərbi balansı dəyişmək və ya gərginlik yaratmaq məqsədi daşımır: 

"Bu, müşahidə üçün göndərilən monitorinq qrupudur. Azərbaycan üçün bu missiyanın heç bir təhlükəsinin olmadığı qənaətindəyəm. Məsələ ondadır ki, əgər belə bir missiya təhlükəli olsa idi, onda Cənab Prezident İlham Əliyev onun iki aylığa sərhəddə gəlməsinə də razılıq verməzdi. Müşahidə göstərdi ki, iki aylıq müvəqqəti missiya dövründə sərhəddə heç bir insident qeydə alınmadı. Fikirləşmək olar ki, sonrakı iki ildə də ciddi insdentlər qeydə alınmayacaq. Açıq desək, Azərbaycan Ermənistanla sərhədində artıq problemini həll edib və hansısa hərbi təzyiq yolu ilə alacağı bir məsələ qalmayıb. İndi məqsəd daxildə olan Qarabağ ərazisinin məsələsini həll etməkdir və iki ölkə sərhədindəki stabillik Azərbaycana bunun üçün yaxşı şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31