“Doğrudan da erməni həyasızlığının həddi-hüdudu yoxdur”
23 Yanvar 2023 12:00 SiyasətMərkəzi ofisi Kaliforniyada yerləşən "Hayastan" ümumerməni fondu yanvar ayı ərzində Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə 100 ton ərzaq məhsulu göndərib. Ərzaq məhsulları separatçıların Ermənistandakı tör-töküntülərinə təqdim olunub və onların vasitəsilə "blokadada olduqlarını" iddia edən ermənilərə çatdırılıb. "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, Hayastan" fondundan yardımın dərman və tibb ləvazimatları ilə davam etdiriləcəyini bildirib: "Maraqlı burasındadır ki, uzaq Amerikadan Qarabağdakı ermənilərə ərzaq məhsullarının göndərildiyini yazan da Ermənistan mediasıdır, elə həmin ermənilərin "blokadada olduğunu" iddia edən də... Doğrudan da erməni həyasızlığının həddi-hüdudu yoxdur".