Azərbaycan-Çin münasibətləri hazırda yüksək səviyyədədir - ÖZƏL
23 Yanvar 2023 11:51 Siyasət"Azərbaycan-Çin münasibətləri hazırda yüksək səviyyədədir. Dövlət başçılarının dəfələrlə keçirilən görüşləri hər iki ölkə arasında etibarlı münasibətlər formalaşdırmışdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rüstəmova səsləndirib. O bildirib ki, ötən ilin payızında Çinin dövlət başçısı Si Cinpin Pekində keçirilən "Bir kəmər, bir yol" Sammiti çərçivəsində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırmışdır:
"Bu Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü ağıllı xarci siyasətə və prezidentimizin dünya siyasi arenasında oynadığı siyasi rola verilən böyük qiymət kimi dəyərləndirilməlidir. Çinlə Azərbaycan arasındakı siyasi münasibətlərin 30 illik tarixi artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirmişdir. Hər iki ölkə beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlıq edir və həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ölkələrimiz arasındaı iqtisadi münasibətlər də artan templə inkişaf edir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir".