Daha bir soydaşımız Ukraynada HƏLAK OLDU

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız həlak olub.

Olaylar.az milli.az-a istinadən bildirir ki, bu haqda Odessa Azərbaycanlıları Birliyi təşkilatının sədr müavini Anar Natiqoğlu qeyd edib.

49 yaşında Baxmut uğrunda döyüşlərdə həlak olan Elçin Telman oğlu Məmmədov əslən Oğuz rayonundandır. O, döyüşlərə könüllü olaraq qatılıb. Mərhumun bir oğlu və bir qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31