Davos forumunu yüksək qiymətləndirirəm

"Davos forumu dünyanın 50-dən çox nüfuzlu ölkəsinin, liderinin və dünya iqtisadiyyatında önəmli fəaliyyətlərlə müşahidə olunan şirkətlərin rəhbərlərinin iştirakı ilə maraqlı mövzuların müzakirəsi ilə keçdi".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Forum ölkəmiz üçün yaddaqalan bir sıra məqamlarla diqqət çəkdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin istər bu forumda önəmli ölkələrin nümayəndələri və daha çox aparıcı şirkətlərin nümayəndələri ilə görüşündə, Azərbaycanın nəqliyyat-logistika istiqamətində fəaliyyətinin qurulması, "yaşıl enerji" istiqamətində çalışmaların həyata keçirilməsi, işğaldan azad olunmuş ərazisində bərpa-tikinti məsələlərinin gündəmə gətirilməsi ilə bağlı, Azərbaycanın Xəzər dənizindəki Hərbi Dəniz Qüvvələrinin gəmilərinin istehsal imkanları və s. ilə bağlı məsələlər bu forumda, keçirilən görüşlərdə diqqəti cəlb edən məqamlardan oldu. Biz müşahidə elədik ki, eyni zamanda, Cəbrayıl rayonunda şirkətlərin pilot layihələr həyata keçirməsi, Ələt azad iqtisadi zonada müəssisə yaradılması ilə bağlı çalışmalar da bu Davos forumunda Azərbaycan üçün önəmli sayıla biləcək məqamlar və məsələlər oldu. Azərbaycan son illər "yaşıl enerji" siyasətini gücləndirməkdədir və bu istiqamətdə çalışmalar həyata keçirir. Bu forumda biz eyni zamanda, bu məsələnin də müzakirə olunduğunu, diqqətdə olduğunu müşahidə edə bildik. Bütün bunlar hamısı istər ölkəmizin iqtisadiyyatı, istər enerji məsələləri və s. istiqamətlərdə çox önəmlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin BP şirkətinin rəhbərliyi ilə keçdiyi görüş də diqqəti cəlb edirdi. Enerji layihələrinin genişləndirilməsi məsələsi bu görüşdə diqqət mərkəzində olmuşdur. Hesab edirəm ki, bu BP ilə Azərbaycan arasında uğurlu iqtisadi-enerji sahəsində əməkdaşlığın göstəricisidir. 
Ümumiyyətlə, bu görüşlərdə diqqət çəkən məqamlardan ən önəmlisi bu oldu ki, Azərbaycan ötən illər ərzində özünü etibarlı bir tərəfdaş və partnyor kimi tanıda bilib və Azərbaycandakı stabillik, Azərbaycanın istər iqtisadi məsələlər, istər enerji məsələlərində, istərsə də digər məsələlərdə öz üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə icra etməsi Azərbaycanın dünya miqyasında olan etibarlı tərəfdaş imicini daha da gücləndirib. Davos forumunda Prezident İlham Əliyevin keçirdiyi görüşlər, əldə olunan nəticələr təbii ki, artıq bu məqamların daha da inkişafına, irəliləməsinə gətirib çıxaracaq. 
Bu baxımdan mən forumu, forumda ölkəmiz üçün olan məsələləri, aparılan müzakirələri, keçirilən görüşləri, qəbul edilən qərarları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, biz gələcəkdə burada əldə olunan nəticələri Azərbaycanın iqtisadi, siyasi, logistika və s. sahələrdə inkişafında müşahidə edə biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31