İstanbulda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO
20 Yanvar 2023 13:02 SiyasətBu gün İstanbulda Nişantaşı Universitetində Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim iki qardaş ölkənin himnlərinin səslənməsi və şəhidlərin anılması üçün 1 dəqiqəlik sükut ilə və 20 Yanvar şəhidlərinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb.
Açılış nitqi ilə Azərbaycan İstanbul Baş Konsulu Nərminə Mustafayeva çıxış edərək xalqımızın azadlıq yolundakı şanlı mübarizəsindən və fədakarlığından, Ulu Öndər Heydər Əliyevin siyasətinin müstəqilliyimizi üçün müstəsna xidmətlərindən və mücadiləsindən, prezident İlham Əliyevin istiqlalımızın mühafizəsi üçün apardığı uğurlu siyasətindən danışıb. Mərasimdə Millət Vəkili Professor Musa Qasımlı vətənimizin azadlıq tarixindən danışıb və bu istiqlal yoluna gedən xalq hərəkatının şərəfli səhifələrini işıqlandırıb. Mərasimdə Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın, professor Nurşin Güney və professor Ragıp Kutay Karaca ölkələrimizin, dövlət rəhbərlərinin və xalqlarımızın dünya imperializminə qarşı apardığı birgə mübarizədən və uğurlu siyasi nailiyyətlərdən danışıblar.
Mehdi Səlimov



