Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
20 Yanvar 2023 12:05 SiyasətYanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Olaylar.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31