Sülhməramlılara aid 1 minik və 1 təminat maşını Laçın yolundan maneəsiz keçib - FOTO + VİDEO
19 Yanvar 2023 22:10 SiyasətLaçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha üç avtomobilin (1 minik, 1 təminat avtomobili) maneəsiz keçidinə şərait yaradılıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, avtomobil Laçından Xankəndiyə keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

