Azərbaycan xalqının istiqlal yolunun ilk zirvəsi
19 Yanvar 2023 20:57 SiyasətQərənfildən Xarı Bülbülə doğru...
Xalqların tarixində elə hadisələr olur ki,onun həm ruhunda,qan yaddaşında silinməz izlər qoyur, həm də qəhrəmanlıq salnaməsinin yeni parlaq səhifəsinə çevrilir. Belə hadisələrdən biri Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələridir.
1990-cı il 20 Yanvar hadisələrindən 33 il keçir.Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi.Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına və müstəqilliyi uğrunda mübarizəya başlamasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbiçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə qanlı divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Totalitar sovet rejiminin xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə müşayiət edilmiş bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı qorxutmaq,mübarizədən çəkindirmək məqsədi daşıyırdı.Amma kommunist rejiminin bu cinaytkar əməli tamamilə əks-bumeranq effekti verdi... 1990-ci ilin qanlı 20 yanvarında Sovet Ordusunun Bakıda əhaliyə qarşı öz vəhşiliyinə görə bütün əndazələri aşaraq törətdiyi bu qətlamla Kommunist rejiminin və onun əsas dayağı olan Sovet Ordusunun maskası tam yırtıldı: Həmişə özünü xilaskar ordu kimi qələmə verən Sovet Ordusu 1990-ci ilin qanlı 20 yanvarında ana, uşaq, qoca qatilləri kimi bədnam vəziyyətə düşdü. Sovet rejimi 20 yanvarda törətdiyi qətlamla Bakıda öz tarixində görmədiyi müqavimətlə rastlaşdı.Milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq əhalinin bütün təbəqələrini əhatə edən milyonlarla insan keçələrə axışıb öz etiraz səslərini ucaltdılar,televiziyanın fəaliyyətini dayandırdıqlarına və bütün digər maneələrə baxmayaraq,informasiya blokadasını yarıb Sovet imperiyasının əsl simasını dünyaya göstərə bildik.Hər bir sıravi azərbaycanlıdan tutmuş bu qanlı olayları törədən əsas səbəbkar- Kommunist Partiyasının ən yüksək məqamı olan Siyasi Bürü üzvü səviyyəsinə yüksələn azərbaycanlıya qədər,yəni hamı birlşib bu qanlı qıtlamın səbəbkarlarını ittiham etdi.
20 yanvar hadisələri Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi,bir yerə toparladı, birləşdirdi,bir gecənin ərzində xeyli BÖYÜTDÜ, milli azadlıq və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi,sovet sisteminin dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri yox, məhz Bakı qətlamından doğan müqavimət hərəkatı sürətləndirdi.
Hər il qanlı 20 Yanvar- qan yaddaşımızın təzələndiyi gün, hüzn günü kimi qeyd olunur. Amma 20 Yanvar tariximizdə təkcə hüzn günü deyil, Azərbaycan xalqının istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı,milli birliyin vəhdəti günüdür.Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü və müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Şəhidlərimizin ruhunu şad eləməkdən ötrü 20 Yanvarı hüzn günündən daha çox, Azərbaycan xalqının öz azadlığı, müstəqil dövlət quruculuğu uğrunda Sovet İmperiyasına qarşı mübarizə tariximizin şərəfli səhifələrindən biri kimi ölkəmizdə və xaricdə geniş şəkildə qeyd etməklə,ən əsası isə bütün qüvvələrimizi səfərbər edib,işğal altında ölan torpaqlarımızı azad etməkmlə şad elədik. 20 yanvarı sinvolizə edən Qərənfildən 44 günlük Vətən müharibəsinin Xarı Bülbülünə doğru şərəfli bir yol keçən Azərbaycan müharibədən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb. Azərbaycan Respublikasının əhalisi 10 milyon təşkil etsə də, dünyada cayı 50 milyonu aşan böyük xalq kimi milli həmraylıyımızi bu postmüharibə mərhələsində də qoruyub saxlamalı,daha yüksək keyfiyyət halına gəturməliyik ki, Qərənfildən Xarı Bülbülə doğru yolumuz davamlı olsun, üçrəngli bayrağımız Şuşada,Ağdamda,Füzulidə və işğaldan azad edilmiş digər yerlərdə olduğu kimi, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərimizdə də dalğalansın ki,şəhidlərimizn ruhu daim şad olsun,inşallah!!!
Allah 20 yanvar şəhidləri də daxil olmaqla bütün şəhidlərimizə rəhmət eləsin!
Millət vəkili Əli Məsimli