Gürcüstan Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşün təşkilində maraqlıdır - İrakli Qaribaşvili
19 Yanvar 2023 20:00 SiyasətGürcüstan Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin görüşünün təşkilində maraqlıdır.
Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: Yoldan Magistral yola" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Gürcüstan bu işdə neytral, qərəzsiz və obyektiv vasitəçidir.
"Bu region hər üç ölkəyə məxsus olduğu üçün biz onu imkanlar, sülh, sabitlik və firavanlıq bölgəsinə çevirə bilərik", - deyə İrakli Qaribaşvili bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31