Prezident İlham Əliyev: Orta dəhlizdən istifadə və karbohidrogenlərin tədarükü üçün potensial var

Bu ildən başlayaraq biz təkcə Türkmənistandan deyil, Qazaxıstandan neftin tranzitinə başlamışıq və bu, uzun illərdir ki, həyata keçirilir və karbohidrogenlər üçün bu dəhlizdən istifadə potensialı mövcuddur.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya Orta Dəhlizi: yoldan magistral yola" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

"Hesab edirəm ki, indi gömrük inzibatçılığı, "bir pəncərə" yanaşmasına nail olmaq və tarif siyasəti ilə bağlı fəal işləmək üçün Mərkəzi Asiya, Qafqaz və Avropada iştirak edən bütün ölkələr arasında daha sıx əməkdaşlığa ehtiyacımız var. Buna nail olmalıyıq. Bu marşrut təkcə digər marşrutların olmaması ilə deyil, həm də kommersiya baxımından cəlbedicidir", - deyə dövlət başçısı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31