Bu gün Laçın yolundan 64 avtomobil keçib - FOTO
19 Yanvar 2023 18:45 SiyasətLaçın-Xankəndi yolundan Rusiya sülhməramlılara məxsus bir minik avtomobilinin maneəsiz keçidinə şərait yaradılıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu gün ümumilikdə Laçın yolundan 64 avtomobil maneəsiz keçid edib.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31