Ermənistan bu sənədin qəbuluna mane olub - Lavrov

Ermənistan Azərbaycanla sərhəddə KTMT missiyasının göndərilməsinə dair sənədin qəbuluna mane olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Bizim Ermənistandakı hazırkı vəziyyətlə əlaqədar çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə müəyyən stabilliyi təmin etmək üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürdükdə biz Yerevandakı sammitdə bu missiyanın parametrləri haqqında sənəd razılaşdırdıq. Lakin onu qəbul etmək mümkün olmadı, çünki erməni əməkdaşlarımız sənəddə Azərbaycanın sərt mühakimə olunmasında israr edirdilər", - nazir deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31