Rusiya hərbçiləri bu məlumatı araşdırır - Lavrov

Rusiya hərbçiləri rəsmi Bakının Вrmənistanın Laçın yolundan mina daşınmasında istifadə etdiyinə dair məlumatı araşdırır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü brifinqdə Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki missiyası Bakının razılığı olmadan göndərilərsə, səmərəli olmayacaq.

Lavrov Azərbaycan-Ermənistan sərhədinə KTMT missiyası göndərməyə hazır olduqlarını təsdiqləyib, lakin Ermənistan tərəfin Aİ ilə razılaşmağa üstünlük verdiyini qeyd edib.

"Bu missiya rəsmi Bakının razılığı olmadan göndərilərsə, sərhəddə vəziyyəti möhkəmləndirmək əvəzinə, əks təsir göstərə bilər", - Rusiya Xarici işlər naziri deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31