Millət vəkilimiz Çili deputatlarını Laçın-Xankəndi yolundakı aksiya ilə bağlı məlumatlandırıb - FOTO
18 Yanvar 2023 14:38 SiyasətMilli Məclisin deputatları Çili Senatında Çili-Azərbaycan parlamentlərarası işçi qrupu ilə görüş keçiriblər. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Azər Badamov məlumat verib: "17 yanvar 2023-cü ildə Çili Senatında Çili-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri senator, doktor Fransisko Çahuan ilə görüş keçirildi. Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışaraq bu gün Laçın-Xankəndi yolunda ekoloji fəallarımızn və gənclərimizin keçirdiyi dinc aksiya haqqında məlumat verdim. Çilidə keçirilən beynəlxalq konqresdə mineralların kortəbii istismarının ekologiyaya verdiyi zərələri mövzusunda müzakirənin apardığını xatırlayaraq Qarabağın dağlıq ərazisində Rusiya sülhməramlıların məsuliyyət zonasında yaşayan ermənilərin torpaqlarımızda ekoloji terrorun törədilməsinin davam etdirildiyini cənab Fransisko Çahuanın diqqətinə çatdırdım. Aksiyaçıların məqsədi ekositin dayandırılması və ekologlarımızın öz suverən ərazilərimizdə monitorinqlərin aparılmasına imkan yaradılması tələbi ilə bağlı olduğunu Çilili həmkarımın diqqətinə çatdırdım. Həm də yolun himanitar məqəsdlər üçün bağlı olmadığını və bu yol vasitəsilə hər gün humanitar daşımaların həyata keçirildiyini bildirdim.
Ermənistan Laçın -Xankəndi yolunu bağlamaqla aksiyaçılarımızın Qarabağın dağlıq ərazisində yaşayan ermənilərə qarşı humanitar blokada yaratdığı ilə bağlı yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyıəti çaşdırmağa çalışdıqları ilə bağlı Çilili həmkarımı məlumatlardım. O cümlədən Fransanın BMT TŞ -da Azərbaycana qarşı qətnmamə qəbul etdirmək cəhdlərinin iflasa uğradığını və dostlarımızın sədaqətli mövqeyi sayəsində Azərbaycanın ədalətli səsinin günü-gündən möhkəmləndiyini həmkarımın diqqətinə çatdrdım. Cənab Çahuan iki il əvvəl Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyinə görə bir daha təbrikini çatdırdı və Çili Senatında və beynəlxalq platformalarda hər zaman Azərbaycanın yanında olduğunu bildirərək parlamentlərarası dostluğunun möhkəmlənməsinə yüksək dəyər verdiyini ifadə etdi. Parlamentlərarası əməkdaşlığın və dostluğun möhkəmlənməsi hökumətlərarası əməkdaşlığın inkişafına da öz müsbət təsirinin göstərdiyini bir daha vurğulandı. Görüş parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcək fikirləri ilə bağlı çox səmimi diskusiya şəraitində başa çatdı. Görüşdə Çili senatının xarici əlaqələr idarəsinin katibi, Çili senatının məsul əməkdaşı və Azərbaycanın Çilidəki diplomatik nümayəndəsi iştirak etdi".
