Şəhidlər Xiyabanı Azərbaycan xalqının əsl ziyarətgahına çevrilib - ÖZƏL

" Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən otuz üç il keçir".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "91-lər hərakatı"nın üzvü Munis Bayramov qeyd edib ki, 1988-ci ilin əvvəllərində Azərbaycanda geniş meydan hərəkatı başlamışdı: "Xalqımızın milli təfəkküründə oyanış, dirçəliş baş qaldırmışdı. İmperiya milli azadlıq hərəkatını boğmağa çalışırdı. Qarabağda baş verən hadisələrə, ermənilərin seperatçılıq hərəkətlərinə, onların işğalçılıq meyillərinə dözməyən xalq meydanlara axışaraq bu problemlərə son qoyulmasını mərkəzi hakimiyyətdən tələb edirdi".
O qeyd edib ki, həmin vaxt təpədən dırnağadək silahlanmış rus qoşunları xalqın milli azadlıq hissini boğmaq məqsədilə hazırlıq vəziyyətinə gətirilmişdir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Munis Bayramov sonda bildirb  ki,   bu gün faciə qurbanlarının uyuduğu  Şəhidlər Xiyabanı Azərbaycan xalqının əsl ziyarətgahına çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31