Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək

Beynəlxalq Ədalət Məhkəməsində "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" beynəlxalq konvensiya çərçivəsində Azərbaycanın Ermənistana qarşı işi üzrə açıq dinləmələr keçiriləcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Beynəlxalq Ədalət Məhkəməsinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

Məlumata əsasən, dinləmələr yanvarın 31-də Haaqada Sülh Sarayında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31