Ukrayna XİN humanitar yardım üçün Azərbaycana təşəkkür etdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in "Twitter" hesabındakı paylaşımda bildirib.

"Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir", - deyə paylaşımda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31