Ermənistan Azərbaycan prezidentinin mesajlarından nəticə çıxarmalıdır - ÖZƏL
13 Yanvar 2023 14:26 Siyasət"Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev açıq şəkildə və net olaraq fikirlərini bir daha ifadə etdi. Ya Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tezləşdirməli, ya da Azərbaycan Ordusunun növbəti cavab tədbirləri ilə buna məcbur edilməlidir. Hərçənd Azərbaycan hər zaman qonşuları ilə problemlərinin danışıqlar, sülh yolu ilə həllinin tərəfdarı olub, lakin görünən odur ki, Ermənistan hələ də sülhdən anlamır".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı dövlət başçısının bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə diqqət etdiyi əsas məqamlara münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri hesab edir ki, istər Ermənistan, istərsə də ona havadarlıq edən dairələr, ayrı-ayrı dövlətlər Azərbaycan Prezidentinin sözügedən müsahibədə səsləndirdiyi mesajlardan nəticə çıxarmalıdır: "Əks təqdirdə proseslər Ermənistan üçün ziyanlı olacaq. Azərbaycanın itirəcəyi heç nə yoxdur, itirən yalnız Ermənistan olacaq".
Arzuman Muradlı onu da vurğulayıb ki, İrəvanı revanşizmə sürükləyən müəyyən xarici faktorlar da regionda yeni müharibıənin Ermənistanın xəritədən silinməsi ilə nəticələnəciyinin fərqində olmalıdırlar.