İrəvan G20 ölkələrini Bakıya təzyiq göstərməyə çağırıb- ÖZƏL
13 Yanvar 2023 13:15 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan əsassız çıxışı ilə dünya ölkələrinə səslənib. Azərbaycana qarşı yalan ittihamlar irəli sürən Mirzoyan "Cənubun səsi" virtual sammitində G20 ölkələrinə müraciət edərək, onları Laçın dəhlizinin açılması üçün Azərbaycana təzyiq göstərməyə çağırıb.
Mirzoyan bildirib ki, Azərbaycanın güya aqressiv hərəkətləri onu deməyə əsas verir ki, müvafiq hesabatlılıq mexanizmlərinin olmaması Bakını beynəlxalq ictimaiyyətin qətiyyətinə və hərəkətə keçmək istəyinə şübhə etməyə sövq edir.
"Beynəlxalq tərəfdaşlarımız, o cümlədən G20 üzvləri Dağlıq Qarabağ xalqının qeyri-insani blokadasına son qoymaq və danışıqlar masasına qayıtmaq üçün Azərbaycana aydın təzyiq göstərməlidirlər"-deyən Mirzoyan beynəlxalq aləmi güya Azərbaycanın qeyri-humanitar davranış sərgilədiyinə inandırmağa çalışıb. Diplomat həmin yerlərdə humanitar vəziyyəti qiymətləndirmək, habelə BMT-nin müvafiq qurumlarının Dağlıq Qarabağa maneəsiz humanitar çıxışını təmin etmək məqsədilə faktaraşdırıcı missiyanın göndərilməsi zərurətini ləğv edib.