Azərbaycanda hərbi sənayenin yaradılması məhz, cənab prezident İlham Əliyevin adı ilə bağlıdır

Ölkə başçısı cənab İlham Əliyev jurnalistlərlə görüşü zamanı bir çox mühüm nüanslara toxundu. Azərbaycan -Ermənistan münasibətləri, enerji, nəqliyyat kimi məsələlərlə yanaşı hərbi sahənin inkişafından da söz edən cənab prezident, qarşıdakı illərdə hərbi sənaye ilə bağlı çox geniş işlərin görüləcəyini vurğuladı. 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Azərbaycanda hərbi sənayenin yaradılması məhz, cənab prezident İlham Əliyevin adı ilə bağlıdır:

"Onun təşəbbüsü və müvafiq sərəncamı ilə 16 dekabr 2005- ci Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Çox qısa bir zamanda bu istiqamətdə uğurlu işlər görüldü. Müdafiə Sənayesi müxtəlif çapda atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, aviasiya bombaları, kəşfiyyat- zərbə pilotsuz uçuş aparatları və s,  istehsal edərək ordunun silahlanmasına təhvil verdi. Tam əminliklə deyə bilərəm ki, yerli istehsal olan silahlar Vətən Müharibəsində özünü təsdiqlədi və uğurla istifadə olundu.  Təbii ki, günümüzün reallıqları hərbi sənayenin vacibliyini bir daha sübut edir. Müşahidələrimiz onu deməyə əsas verir ki, dünya üzərində sülh çox həssasdır və ölkələr, aralarında olan konfliktləri sülh yolu ilə deyil, daha çox hərbi yolla həll etməyə üstünlük verir. Məhz bu amil hərbi sənayenin vacibliyini daha da artırır". 

AVP rəsmisi deyib ki, artıq ölkəmiz silah istehsalının artırılması, yeni hərbi texnologiyaların yaradılması istiqamətdə bir sıra mühüm addımlar atır: "Azərbaycan bu istiqamətdə daha çox qardas Türkiyə və İsrail ilə iş birliyinə üstünlük verir. Çünki hər iki ölkə kifayət qədər inkişaf etmiş hərbi sənayeyə sahibdir. Xüsusilə qardaş Türkiyə son illərdə bu istiqamətdə irəliyə keçmiş vəziyyətdədir. Türkiyə istehsalı silahlar yüksək texnoloji yeniliklər və keyfiyyəti ilə istifadə olunduğu bütün müharibələrdə üstün performans sərgiləyir. Məhz bu amil dünya silah bazarında qardaş ölkənin nüfuzunu durmadan artırır. İsrail hərbi sənayesi bu istiqamətdə dünya üzərində ilk üçlükdə qərarlaşır və dünyanın aparıcı orduları silahlanmada İsrail istehsalı texnologiyalara daha çox üstünlük verir. Ölkəmiz də hər iki ölkə istehsalı hərbi avadanlıqları silahlanmaya qəbul edib və etməkdə davam edir. Fikrimcə  hazır silah  alımındansa, almaq istədiyimiz silahların ölkəmizdə birgə istehsal sahələrinin yaradılması daha məntiqə uyğundur və bu istiqamət müdafiə sənayesinin inkişafında mühüm rol oynayar. Nəzərə alsaq ki, günümüzdə hərbi sənaye sahəsində aparıcı olan ölkələr belə hər hansı bir hərbi məhsul istehsal edərkən digər dövlətlərdən texnologiya transferi edir. Bu geniş yayılmış bir üsuldur və ölkəmiz də,  Türkiyə- İsrail kimi ölkələrdən texnologiya transferi etməklə bu sahədə ciddi irəliləyişlər əldə edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31