Yeni qanun sağlam partiyalaşmaya xidmət edəcək - ÖZƏL

"Siyasi partiyalar haqqında yeni Qanun hakimiyyət tərəfindən hazırlansa da onun müzakirəsində ölkədə fəaliyyət göstərən çoxsaylı partiyalar "ordusu" fəal iştirak edib.  Biz bunu müsbət faktor kimi qiymətləndirir və dövrün yenilənmə xarakterindən irəli gəldiyini düşünürük".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azad Vətən Partiyasının səri Akif Nağı səsləndirib. Onun sözlərinə görə, müsbət hal odur ki, partiyaların verdikləri təkliflərin bir çoxu Qanunun son variantına daxil edilib:

"Məsələn, Azad Vətən Partiyası təklif etmişdi ki, Milli Məclisə seçkilərdə uğur qazanıb-qazanmamasından asılı olmayaraq bütün partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir. Yaxşı haldır ki, Qanun qüvvəyə mindikdən sonra göstərdiyi fəaliyyəti nəticəsində əhali arasında qazandığı nüfuz dərəcəsinə görə partiyalar dövlət tərəfindən maliyyələşdiriləcək. Bu olduqca aktual məsələdir".

Partiya sədri deyib ki, yeni qanun sağlam partiyalaşmaya xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31