Müstəqillik tarixinin ən böyük büdcəsinin əhaliyə töhvələri
13 Yanvar 2023 12:32 Siyasət"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlara əsasən pensiyaların, sosial müavinatların və təqaüdlərin məbləğləri növbəti dəfə artırıldı". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Adil Əliyevin sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsi ölkə başçısı tərəfindən Milli Məclisə təqdim edilərkən, büdcə müstəqillik tarixinin ən böyük büdcəsi olmaqla bərabər, əhalinin rifah halının yaxşılaşdırılması və Qarabağda aparılan abadlıq quruculuq işləri büdcədə əsas priroritet olaraq müəyyən edilmişdir: "Hazırda dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq bu istiqamətdə genişmiqyaslı iş aparılır. Eləcə də, bugünkü Sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 20 faiz artırılaraq, 600 manat məbləğində müəyyən edildi".