Deputatımız beynəlxalq tədbirə qatılacaq
13 Yanvar 2023 11:08 SiyasətMilli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov "Gələcəyin konqresi 2023" tədbirində iştirak etmək üçün yanvarın 14-də Çili Respublikasının paytaxtı Santyaqo şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və Ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə müxtəlif ölkələrin qanunvericiləri, siyasətçiləri və alimləri müasir texnologiyaların gələcəkdə siyasi qərarlara təsirini müzakirə edəcəklər, həmçinin bu sahədə yeni tendensiyalar və elmi nailiyyətlər barədə məlumatları dinləyəcəklər. Səfər yanvarın 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31