Makron- psixi durumu qaydasında olmayan  Prezident? - ÖZƏL

"Son dövrlər Fransa Prezidenti Emmanuel Makronun psixi durumunun heç də yaxşı olmadığı barədə Fransada narahat olmağa başlayıblrar. Bu haqda Livanın tanınmış "Əl-Binə" saytında Mirna Lahudun imzası ilə dərc olunan məqalədə məlumat verilir. Saytın dediyinə görə Makronun özünün bu faktı təsdiq etməsi Fransa siyasətçilərinin onun səhhəti və zehni durumu ilə bağlı narahatlıqlarını daha da artırıb. Belə ki,saytın dediyinə görə Emmanuel Makron   Amerika Birləşmiş Ştatlarından Baydenlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib: "İki həftə bundan öncə ciddi sinir böhranı keçirdim. Mən bütün nazirlərin və baş nazirin vəzifələrini yerinə yetirirəm". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Fransanın tanınmış siyasətçisi və son seçkilərdə prezidentliyə namizəd olmuş Fransua Asselino bildirib ki, "Əgər Makronun dedikləri həqiqətdirsə tezliklə ciddi tədbirlər görmək lazımdır. Çünki bu tipli bəyanatlar hamımızın içərisində olduğu  ciddi siyasi böhrandan xəbər verir. Makron ölkə üçün dağıdıcı siyasət həyata keçirir. Əgər onun psixi vəziyyəti qaydasında deyilsə, nüvə silahının işə salınması üçün şifrənin onda olması böyük təhlükə törədir. Bundan başqa, Prezident ölkəni idarə etmək üçün xalq tərəfindən seçilir, nazirlərin və baş nazirin vəzifələrini idarə etmək üçün yox. Bu tamamilə konstitusiyanın ziddinədir.Heç kim makronun Dünya çempionatındakı hərəkətlərinə və sosial şəbəkələrdə çıxan şəkillərinə bəraət qazandıra bilməz. Makronun psixoloji probleminin olması artıq danılmaz faktdır."
Emmanuel Makronun psixi durumunun yerində olmamasının nəticəsi onun apardığı beynəlxalq siyasətdə özünü daha ciddi şəkildə büruzə verir. Bu problemi Azərbaycan olaraq biz hamıdan tez hiss etmişik. Çünki uzun müddətdən bəridir biz Makronun psixi probleminin olması barədə həyəcan təbili çalırıq. Çünki ermənilər Azərbaycana qarşı bu qədər haqsızlıq törətdikləri halda onları yalnız ağılları yerində olmayan dövlət rəhbərləri Fransa kimi dəstəklıəyə bilər. Ermənilərin digər himayəçilərinin də gec-tez psixoloji problemləri barədə məlumat alsaq heç də təəcüblənmərik. Elə ermənilər də Makronun bu problemini bilib ondan bərk-bərk yapışıblare. Hər halda ağıllı adamla iş görmək çətin olar onlar üçün. Sevindirici haldır ki, Fransa Prezidentinin psixoloji vəziyyətinin  vəziyyəti normal olmadığı barədə beynəlxalq səviyyədə danışmağa başlayıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31