Azərbaycan liderindən Ermənistan və havadarlarına mühüm mesajlar
13 Yanvar 2023 11:45 SiyasətAzərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibə diqqətlə izlənilməkdədir. Təkcə daxildə deyil, eləcə də ölkədən kənarda maraq doğuran bu müsahibədə dövlət başçısının qeyd etdiyi bir sıra nüanslar həmin müsahibəni diqqətçəkən edib. Xüsusilə, Azərbaycan Prezidentinin Ermənistan və ona havadarlıq edən dairələrə ünvanladığı mesajlar müsahibənin əsas ana xəttini təşkil edirdi.
İlham Əliyevin sözügedən müsahibəsində təkcə Ermənistana deyil, eləcə də bir sıra ölkələrə mesaj vermiş oldu. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində "Transxəzər" layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı: "Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. "Transxəzər" layihəsinin kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyi. İkincisi, bu layihə təsdiq olunsa belə Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu Azərbaycanın görəcəyi iş deyil". Politoloq deyir ki, Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək: "Buna baxmayaraq, İlham Əliyev "Transxəzər" layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti "Transxəzər" layihəsinə maraq göstərmir, əksinə bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib. Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, "Transxəzər" boru xəttinə ehtiyac qalacaqmı? Belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək. Çünki "Transxəzər" layihəsinin də adından göründüyü kimi Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək. Ankara "Transxəzər" layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər "Avropa ölkələri bizim qazı sahilimizdən alsınlar" fikrini ifadə edirlərsə, "Transxəzər" layihəsinin reallaşması çətin olacaq".
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov isə deyib ki, Cənab Prizidentin jurnalistlərlə son müsahibəsində 2022-ci ilin yekunu və 2023-cü ildə xalqımızı narahat edən məsələlərə aydınlıq gətirdi. Onun sözlərinə görə, bir daha əmin olduq ki, ötən ildə çox işlər görmüşük: "Dövlət başçımız bir daha Ordumuzun inkişafını ətraflı və xüsusi vurğuladı. O bildirdi ki, Xüsusi təyinatlı qüvvələrimizin sayi iki dəfə artırılıb. Həmçinin başqa növ Silahli Qüvvələrimizin də say tərkibinin artırılması, onların müasir tələblərə uyğun hazirlamasını da xüsusi vurğuladı. Bununla Ali Baş Komandan bir daha Ermənistan rəhbərliyinə və qonşularımıza da bildirdi ki, biz yerimizdə oturmamışıq, biz öz ordumuzu daha da gücləndiririk və bundan sonra da gücləndirəcəyik".
Rövşən Məhərrəmiv deyib ki, bu xalqımız üçün bir sevindirici haldır: "Ordumuzun güclü olması dövlətimizin güclü olması deməkdir. Russiyanin sülhməramlı kontingetinin 2025-ci ildə ərazimizi tərk edəcəkləri barədə də fikirlərini prezident dilə gətirdi. Mən Ali Baş Komandanımız İlham Əliyevin bütün söylədiklərini diqqətlə təhlil etdim. Demək olar ki, jurnalistlərin bütün suallarınl ətraflı cavablandırdı".
Ekspert deyib ki, dövlət başçısı Ermənistana bir daha sərt formada mesajını da verdi: "Bildirdi ki, Ermənistanın silahlanması bizi heç narahat etmir. Əgər biz hər hansı bir təhlükə görsək , heç kəsdən soruşmadan tədbirimizi görəcəyik. Prezident sərhədlərin delimitasiyası və demarkasiyası barədə də fikir söylədi. O bildirdi ki, sərhədlərin müəyyən edilməsi bizdən də çox Ermənistana daha tez lazimdir".
Füzuli