20 Yanvar faciəsinin ildönümü xarici ölkələrdə də qeyd ediləcək - ÖZƏL

Bakıda xalqımıza qarşı törədilən 20 Yanvar qırğınından 33 il keçir. Bu il də həm ölkədə, həm də ondan kənarda məlum faciənin ildönümü müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"OLAYLAR" xəbər verir ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü Avropanın bir sıra ölkələrində qeyd olunacaq. Belə ki, Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Hollandiyada fəaliyyət göstərən Niderlan-Azərbaycan Mədəniyyət Dərnəyi, eləcə də Niderland Azərbaycanlıları Koordinasiya Şurası faciənin ildönümü ərəfəsində müxtəlif tədbirlər, anım mərasimləri keçirəcək.  

Qardaş Türkiyədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və təşkilatları da faciənin ildönümü münasibətilə anım tədbirləri təşkil edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31